Cənubi Koreyanın "Kalamar oyunu" (“Squid Game”) serialındakı roluna görə “Qızıl Qlobus” mükafatı laureatı, 79 yaşlı aktyor O Yon Su cinsi zorakılığa görə bir il həbs cəzası gözləyir.
Qaziler.az bildirir ki, Yonhap agentliyinin məlumatına görə, məhkəmə ifaçını qadının yanağından öpməkdə ittiham edir.
Qeyd olunur ki, hadisə 2017-ci ilin avqust-sentyabr ayları arasında aktyorun ölkə üzrə tamaşa qastrol səfərində olarkən baş verib. Qastrolların birində o, razılığı olmadan bir qadını qucaqlayıb və öpüb.
Sonnam Şəhər Məhkəməsində keçirilən dinləmələrdə prokurorluq məhkəmədən aktyora bir il həbs cəzası verilməsini və onun uşaq və yeniyetmələr üçün müəssisələrlə işləməsini qadağan etmək üçün şəxsi məlumatlarının ictimaiyyətə açıqlanmasına göstəriş verilməsini istəyib.
İclasda son sözünü deyən aktyor günahını etiraf etməyib.
Məhkəmənin hökmü martın 15-də çıxarılacaq.
QAZİLER.AZ