Latviya orduya çağırışı bərpa edib

Latviya orduya çağırışı bərpa edib backend

Latviya Rusiyanı Avropanı işğal etməkdən çəkindirmək üçün müəyyən yaşda olan kişilər üçün məcburi hərbi xidməti bərpa edib.

Qaziler.az-ın xəbərinə görə, The Telegraph xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krişyanis Karinş deyib.

Məcburi xidmət yanvarın əvvəlində, Rusiyanın Ukraynaya təcavüzünün iki illiyinə bir neçə həftə qalmış qüvvəyə minib.

"Biz layihəni yenidən təqdim etdik. Biz bundan aktiv və hazır ehtiyatımızın həcmini artırmaq üçün istifadə edəcəyik", - XİN rəhbəri Krişyanis Karinş bildirib.

18-27 yaş arası bütün kişi vətəndaşlar, xaricdə yaşayanlar da daxil olmaqla, bir il xidmət keçməli olacaqlar.

QAZİLER.AZ

 

Diaspora