Amerikalı alimlər süni insan dərisi yaradır

Amerikalı alimlər süni insan dərisi yaradır backend

Müasir tibb yalnız mülki əhalinin xeyrinə işləmir, həmçinin hərbçilərə qarşılarına qoyulan bütün vəzifələri yerinə yetirməyə və ciddi xəsarətlərin öhdəsindən gəlməyə kömək edir.

İKT.lent.az-ın xəbərinə görə, amerikalı tibb işçiləri yaralanan və yanıq xəsarətləri alan hərbçilər üçün süni dərinin yaradılması üzərində işləyirlər.

Süni dəri öz strukturuna görə əsl dəridən heç nə ilə fərqlənməyəcək. Onun yaradılması üçün xəstə insanın hüceyrələrinə ehtiyac olacaq. Yetişdirilmiş dəri yanmış dərinin əsas qatlarını əvəz edəcək.

Hələlik dəri və digər orqanların köçürülməsindən sonra bir çox fəsadlar yaranır. Onların arasında implantatın qırılması mümkündür. Yəni immun sistemi köçürülən dərini yad dəri kimi qəbul edir və bu dəri yeni yerdə möhkəmlənə bilmir.

Bununla belə, amerikalı tibb işçiləri yeni tərtib edilən texnologiyanı yaxın zamanlarda 12 nəfərin üzərində sınaqdan keçirməyi planlaşdırır. Onlar ümid edirlər ki, uğurlu nəticələr əldə edəcəklər.
Diaspora