Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha üç ay - 2024-cü il mayın 13-dək uzadıb.
Bu barədə “Səs” fraksiyasından olan deputat Yaroslav Jeleznyak məlumat verib.
Bu xüsusi rejim müharibə başlayandan bəri 10-cu dəfə uzadılıb.
Hərbi vəziyyətin uzadılması qərarını 335 deputat dəstəkləyib, 323 deputat isə səfərbərliyin uzadılmasının leyhinə səs verib.