Alimlər 2024-cü il yanvarın 21-də Berlin yaxınlığında düşmüş meteorit qalıqlarını təhlil ediblər. Onlar belə qənaətə gəliblər ki, səma cismi çox nadir asteroid növünə aiddir.
Qaziler.az xəbər verir ki, Araşdırma Yerdənkənar Kəşfiyyat Axtarış SETI İnstitutunun rəsmi saytında dərc edilib.
Tapılan qırıntılar kiçik asteroid 2024 BX1-in fraqmentləridir. Elektron şüa mikrozondu müayinəsi aubrit tipli axondritin tipik mineraloji və kimyəvi tərkibini təsdiq etmişdir. Bu sinif adını 1836-cı ildə oxşar meteoritin düşdüyü Fransanın Aubres kəndindən almışdır.
Mütəxəssislərin fikrincə, daş qırıntılarını yerdə axtarmaq çətindir, çünki onların adi torpaq daşlarından demək olar ki, heç bir fərqi yoxdur.
QAZİLER.AZ