Ukraynada onlayn nikah bağlamaq mümkün ola bilər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bildirib.
“Yaxın gələcəkdə onlayn nikah qurmağı planlaşdırırıq. Sadəcə olaraq video vasitəsilə evlənmək mümkün olacaq. Belə bir fürsət yaxın gələcəkdə Ukraynanın “Diya” dövlət xidmətləri portalında yarana bilər”, - deyə Fedorov qeyd edib.
Onun sözlərinə görə, bu, ukraynalı hərbçilərə məsafədən evlənməyə imkan verəcək.
QAZİLER.AZ