İndoneziya, Belarusiya və dünyanın bir sıra digər ölkələri Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aliksey Aretoviçi Rusiyaya ekstradisiya edə bilər.
Qaziler.az xəbər verir ki, bu haqda vəkil İlya Rusyayev “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, Rusiyanın bu ölkələrlə ekstradisiya ilə bağlı qüvvədə olan müqaviləsi var.
Rusyayev xatırladıb ki, Moskvanın Basmannı məhkəməsi Aretoviçi terrorçuluğa açıq çağırışlar etməkdə, habelə Rusiya ordusunun hərəkətləri barədə yalan məlumat yaymaqda ittiham edərək qiyabi həbs edib. Beləliklə, onun xarici dövlətlər tərəfindən ekstradisiyası mümkündür. Lakin bunun üçün bu dövlətlərlə Rusiya arasında müvafiq razılaşma olmalıdır. Bu günə qədər KTMT ölkələri, Latın Amerikası və Asiya dövlətləri ilə bağlanılıb. 2023-cü ilin əvvəlində İndoneziya və Suriya ilə də müqavilə imzalanıb. Bununla belə, hüquqşünas qeyd edib ki, bütün ölkələr öz öhdəliklərinə əməl etmir.
QAZİLER.AZ