Böyük Britaniya kralı III Çarlzın həkimləri erkən mərhələdə onun xərçəng olduğunu aşkar ediblər.
Qaziler.az “The Guardian”a istinadla bildirir ki, bunu ölkənin Baş naziri Rişi Sunak deyib. Hökumət başçısının sözlərinə görə, o, monarxla daim əlaqə saxlayır və onun tam sağalacağına ümid edir.
“Açığı, hamı kimi biz də sarsılmışıq, kədərlənmişik, düşüncələrimiz onun və ailəsinin yanındadır. Xoşbəxtlikdən xəstəlik erkən mərhələdə aşkarlanıb. Mən təbii ki, onunla daim əlaqə saxlayıram və həmişəki kimi onunla əlaqə saxlamağa davam edəcəyəm”, - deyə Sunak bildirib.
Daha əvvəl Bukingem Sarayı bildirmişdi ki, Kral III Çarlz şayiələrin qarşısını almaq və xərçənglə mübarizə aparanlara dəstək olmaq üçün diaqnozunu ictimaiyyətə açıqlamaq qərarına gəlib.
QAZİLER.AZ