Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksiy Arestoviç Əfqanıstana köçməyə çalışacağını bildirib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, o bu haqda teleqram kanalında qeyd edib.
Arestoviç Rusiyada qiyabi həbs olunması xəbərinə belə reaksiya verib.
“Böyük Rusiya əbədi birləşdi. Yazıq casus hara getməlidir? Mən Əfqanıstana getməyə çalışacağam”, - Arestoviç zarafat edib.
O, əlavə edib ki, Rusiya Federasiyası və Belarusda ona qarşı terrorizm çağırışlarına görə, Ukraynada isə “seksizmə görə iki” iş açılıb. Siyasətçi qeyd edib ki, bütün bu ittihamlara görə Əfqanıstanda “ona orden verə bilərlər”.
Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi fevralın 6-da Aleksey Aretoviçi qiyabi həbs edib. Siyasətçi terrorçuluq fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği, habelə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə dair saxta məlumatların yayılması maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, A.Arestoviç 2023-cü ilin yanvar ayında tutduğu vəzifəsindən istefa verib.
QAZİLER.AZ