Ukrayna Silahlı Qüvvələrinin müdafiəsindəki əsas problem açıqlanıb

Ukrayna Silahlı Qüvvələrinin müdafiəsindəki əsas problem açıqlanıb backend

“Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində ciddi problemlər yaşayır”.

Qaziler.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Andrey Koşkin “Lenta.ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya bütün döyüş xətti boyunca strateji və taktiki təşəbbüsə malikdir, lakin Ukraynanın çoxlu sayda zəruri resursları olmasına baxmayaraq, tam müdafiəyə keçməsi çətindir.

“Hər yerdə Ukrayna Silahlı Qüvvələri üçün çətindir. Xarkov istiqamətini biz gücləndirmişik və perspektivlər görürük, yaxşı strateji və taktiki planlar var. Bizim bütün döyüş təmas xətti boyunca təşəbbüsümüz var”, - ekspert vurğulayıb.

O, Ukrayna Silahlı Qüvvələrinin problemlərinin döyüş sursatı ilə bağlı olduğunu, həmçinin Ukrayna bölmələrində yeni çağırışçıların əksəriyyətinin zəif hazırlıqlı və həvəssiz olması ilə bağlı olduğuna aydınlıq gətirib.

QAZİLER.AZ

Diaspora