Türkiyə əhalisinin sayı 85 milyon 372 min 377-yə çatıb.
Bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin sayı 2022-ci ilə nisbətən 92 min 824 nəfər artıb. Kişilərin sayı 50,1, qadınların sayı isə 49,9 faiz təşkil edib.
Rayon və rayon mərkəzlərində qeydiyyatda olanların sayı 93,4 faizdən 93 faizə düşüb. Kəndlərdə yaşayanların sayı isə 6,6 faizdən 7 faizə çatıb.
Bundan başqa, Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının sayında azalma olub. Son məlumata görə, Türkiyədə 1 milyon 570 min 543 xarici vətəndaş yaşayır. Bu, ötən illə müqayisədə 253 min 293 nəfər azdır. Onlardan 48,6 faizini kişi, 51,4 faizini isə qadınlar təşkil edir.
Report.az