Rusiya lideri Vladimir Putin BƏƏ-nin həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb və onunla Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsini müzakirə edib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Rusiya prezidenti Ukrayna ilə əsirlərin mübadiləsində göstərdiyi köməyə görə Əl Nəhyana təşəkkür edib.
"Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb. Fələstin-İsrail arasında davam edən hərbi qarşıdurma fonunda Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsi istiqamətində addımlar da nəzərdən keçirilib”, - deyə məlumatda bildirilib.
QAZİLER.AZ