Ukraynanın Qazaxıstandakı keçmiş səfiri ekstremistlər siyahısına daxil edilib

Ukraynanın Qazaxıstandakı keçmiş səfiri ekstremistlər siyahısına daxil edilib backend

Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Petr Vrublevski Rusiya Federasiyasında ekstremistlər və terrorçular siyahısına daxil edilib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, ukraynalı diplomat bundan əvvəl rusları öldürməyə çağırış edib.

“Vrublevski Petr Yuriyeviç Kiyevdə, 15 iyul 1970-ci ildə anadan olub”, - idarənin saytında qeyd edilib.

O həmçinin Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib. Ukrayna diplomatik missiyasının rəhbəri vəzifəsini 2022-ci ilin oktyabrında bitirib. Müvafiq fərman prezident Vladimir Zelenskinin rəsmi saytında dərc edilib. 

QAZİLER.AZ

Diaspora