Mahsun məyus etdi: Torpaq iddiası - VİDEO

Mahsun məyus etdi: Torpaq iddiası -  VİDEO backend

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.

Axar.az xəbər verir ki, Mahsun Kırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxını kürd dilində yayımlayıb.

O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb.

O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib.

Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.

Diaspora