Çexiya XİN vətəndaşının Azərbaycanda saxlanıldığını təsdiqlədi - YENİLƏNİB

Çexiya XİN vətəndaşının Azərbaycanda saxlanıldığını təsdiqlədi -  YENİLƏNİB backend

Çex Xarici İşlər Nazirliyi vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılması faktını təsdiqləyib.

Bununla bağlı Çexiya XİN rəsmisi Mariana Vernerova açıqlama verib.

Vernerovanın sözlərinə görə, buna səbəb kimi onun sərhədi qanunsuz keçmək istəməsi göstərib.

O bildirib ki, həmin şəxs ailəsi ilə danışıb.

13:51

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

“Report”un müvafiq sorğusuna cavab olaraq səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər.

Xatırladaq ki, fevralın 3-də Çex Respublikasının vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.

Elə həmin gün müvafiq məlumat Çex Respublikasının Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

Diaspora