Oyun nəhəngi “Playrix”in həmtəsisçisi İqor Buxman Londonda lüks evlərindən birinin yanında yerləşən daha bir malikanə alıb.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Keçən yay milyarder 2019-cu ildə 45 milyon funt-sterlinqə satın aldığı malikanənin qonşusu olan Kensinqtondakı evə təxminən 24 milyon funt-sterlinq (30,6 milyon dollar) xərcləyib. Mülk Buxmanın iki evi təmir etmək planının ikinci mərhələsidir.
“Bloomberg Billionaires Index”ə görə Rusiyada böyüyən Buxmanın sərvəti təxminən 3,5 milyard dollardır. Buxmanın 2000-ci illərin əvvəllərində qardaşı Dmitri ilə birlikdə qurduğu “Playrix”, dünyanın ən böyük mobil oyun tərtibatçılarından biridir və pandemiya zamanı onun istifadəçi bazası artıb.