“Meta” investorlara xəbərdarlıq edib ki, Mark Zukerberqin döyüş sənətinə olan həvəsi ciddi zədə və ya ölüm riski yaradır.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Sosial media nəhəngi xatırladıb ki, qurucusu keçən il cırılmış bağ səbəbiylə əməliyyat olunub. Bildirilir ki, onun bu idman növünə sevgisi şirkətə təsir edə bilər.
“Cənab Zukerberq və rəhbərlik komandamızın bəzi digər üzvləri ciddi xəsarət və ölüm riski daşıyan döyüş, ekstremal idman növləri və istirahət aviasiyası kimi müxtəlif yüksək riskli fəaliyyətlərlə məşğul olurlar.
Əgər cənab Zukerberq hər hansı səbəbdən əlçatmaz olarsa, biznesimizə maddi cəhətdən mənfi təsir göstərə bilər”, - deyə şirkətin qeyri-adi bəyanatında deyilir.
Britaniya nəşri vurğulayır ki, “Meta” rəhbəri getdikcə qarışıq döyüş sənətlərinə aludə olur, öz bağında aktoqon tikir və keçmiş peşəkarlarla məşq edir.
Keçən il o, Elon Musk ilə "qəfəs döyüşü" təşkil etməyi müzakirə etdi, baxmayaraq ki, döyüş üçün danışıqlar heç bir nəticə vermədi.