ABŞ ordusu cümə günü Yəmən ərazisi istiqamətində yeni zərbələr endirib. Hücumun hədəfi "Ənsar Allah" hərəkatının husi üsyançılarının dörd pilotsuz uçuş aparatı olub.
QAZİLER.AZ Publika.az-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.
"ABŞ ordusu husilərin nəzarətində olan ərazilərdə dronları aşkar edərək, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə yaratdığını müəyyən edib. ABŞ Silahlı Qüvvələri zərbə endirib və özünümüdafiə məqsədilə PUA-nı məhv edib", - deyə CENTCOM qeyd edib.