Kişi 25 il qumbara ilə qoz-fındıq sındırdı

Kişi 25 il qumbara ilə qoz-fındıq sındırdı backend

Çinin Şensi əyalətinin sakini 25 il ərzində qumbaradan çəkic kimi istifadə edib.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, 45 yaşlı kişini dəhşətə gətirən kəşf yalnız partlamamış hərbi mərmilərin təhlükələri haqqında vərəqəni təsadüfən oxuduqdan sonra anlaşılıb.

ÇXR-nin mərkəzi və şimal-şərq hissələrində hələ də İkinci Dünya Müharibəsindən qalan yapon militaristlərindən çoxlu sursat var. Bunlar detonatorlar, güllələr, artilleriya mərmiləri və qumbaraatanlardır.

Amma Ankan kəndinin sakinlərinin sözlərinə görə, onların qonşusu qumbaradan ən təhlükəli şəkildə - qoz-fındıq sındırmaq üçün istifadə edib. Yerli polis ittihamın potensial təhlükəsini və qumbaranın içərisində partlayıcının olub-olmamasını araşdırır

 

 

Diaspora