İmran Xan və arvadına qanunsuz nikaha görə də cəza verildi

İmran Xan və arvadına qanunsuz nikaha görə də cəza verildi backend

Pakistanın Ravalpindi şəhərinin məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Bibi islami evlilik normalarını pozduqları üçün 7 il həbs cəzasına məhkum edib.

QAZİLER.AZ  Lent.az-a istinadən  xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

“Ravalpindi məhkəməsi keçmiş baş nazir İmran Xan və Büşra Bibi iddət nikahları ilə bağlı iş üzrə hər birini 7 il müddətinə azadlıqdan məhrum edib”, - deyə nəşr bildirib.

İddət, boşandıqdan sonra qadının evlənə bilməyəcəyi məcburi subaylıq dövrüdür.

Həmçinin, İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi yanvar ayında dövlət sirrini açıqlamaq ittihamı ilə on il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, yanvarın 31-də məhkəmə korrupsiya işi üzrə sabiq baş nazir və onun həyat yoldaşına qarşı daha bir hökm çıxarıb.

 

 

loading...
Diaspora