Argentinada dəhşətli istilər hökm sürür: həyəcan siqnalı verilib

Argentinada dəhşətli istilər hökm sürür:  həyəcan siqnalı verilib backend

Argentina sakinləri ölkəni bürüyən cəhənnəm istisi səbəbindən kütləvi şəkildə kölgəlik axtarır və fəvvarələrdə sərinləməyə çalışırlar.

Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verib.

Argentinada temperaturun 40 dərəcəyə qədər yüksəldiyi bildirilir. Yüzlərlə insan çaylara toplaşaraq istidən xilas olmaq üçün üzərlərinə su tökürlər. Çünki yüksək temperaturla əlaqədar ölkə boyu qırmızı həyəcan siqnalı verilib.

Buenos-Ayres sakini agentliyə deyib: "Hər şey əriyir, hər şey... Ölkə daxilində işlər daha mürəkkəbdir. Burada, heç olmasa, çay və bir az hava var. Orada cəhənnəmdir".

Argentinanın təxminən 45 milyon əhalisi var və ölkə mühüm soya, qarğıdalı və buğda istehsalçısıdır.

QAZİLER.AZ

Diaspora