Gürcüstan hakimiyyəti 2024-cü ildə ABŞ-la birlikdə öz ərazilərində “Trojan Footprint” xüsusi təyinatlı qüvvələrinin təlimləri və “Noble Partner” çoxmillətli manevrləri keçirməyi planlaşdırır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanda baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentə göndərdiyi hökumət sənədində qeyd olunub.
Bundan əlavə, Gürcüstan müdafiə qüvvələrində kiber komandanlığın formalaşdırılmasını davam etdirəcək və NATO ilə əməkdaşlıq çərçivəsində kiberlaboratoriyanın yaradılması layihəsini həyata keçirməyə başlayacaq.
QAZİLER.AZ