Rusiya vətəndaşlığını almış kişilər üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılması ilə bağlı qanun layihəsi Dövlət Dumasından geri götürülüb.
Qaziler.az xəbər verir ki, bu haqda məlumat “Arquments and Facts” qəzetində dərc olunub. Bunu Dumanın elektron məlumat bazasından əldə edilən məlumatlar da sübut edib.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin daha əvvəl qanun layihəsinin geri götürülməsi təklifi ilə çıxış edib. O, təklif edilən layihəni inkişaf etdirilməmiş adlandırıb.
Xatırlladılıb ki, qanun layihəsinin müəllifləri Rusiya vətəndaşlığını qəbul etmiş 18 yaşdan 50 yaşadək kişilərin hərbi xidmətə çağırılacağını nəzərdə tutan qanuna dəyişiklik etməyi təklif ediblər. Rusiya vətəndaşlığını almış əcnəbilər çox vaxt hərbi qeydiyyatdan yayınır və ya maksimum çağırış yaşına çatana qədər gözləyir və yalnız bundan sonra pasport alırlar.
QAZİLER.AZ