Serbiya Kosovo və Metohiyadakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda Respublika Prezidenti Aleksandr Vuçiç xalqa müraciəti zamanı bildirib. Dövlət başçısının sözlərinə görə, o, Aİ və BMT Təhlükəsizlik Şurasının nümayəndələrinə ayrıca məktublar hazırlayıb və orada tanınmamış Kosovonun baş naziri Albin Kurtinin hərəkətlərinin yolverilməzliyini qeyd edib.
Serbiya Respublikası BMT Təhlükəsizlik Şurasının xüsusi iclasının keçirilməsi üçün müraciət edir, çünki bilirik ki, bu, Priştinanın təxribatlarının sonu deyil. Bazar ertəsi BMT-dəki nümayəndəmiz BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı müraciət təqdim edəcək”, - Vuçiç bildirib.
QAZİLER.AZ