Amerikalı milyarder və “PayPal”ın həmtəsisçisi Peter Til 2025-ci ildə dopinqdən istifadə edən idmançılar üçün “steroidlər üzrə Olimpiada” keçirmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, məlumatı “New York Post” yayıb.
Yarışa idmanın beş növüünün - üzgüçülük, gimnastika, ağır atletika, atletika və döyüş növlərinin daxil ediləcəyi gözlənilir.
Təşkilat nümayəndələrinin sözlərinə görə, artıq 900 nəfər steroid Olimpiadasında iştirak etmək üçün müraciət edib. Qeyd edilib ki, iştirakçılar bütün turnir boyu dopinqdən vicdanla və açıq şəkildə istifadə edə biləcəklər.
QAZİLER.AZ