Avropa kəşfiyyatı Ukraynanın “İl-76”nı vurduğunu TƏSDİQLƏDİ

Avropa kəşfiyyatı Ukraynanın “İl-76”nı vurduğunu  TƏSDİQLƏDİ backend

"Associated Press"in Fransa hərbi rəsmisinə istinadən verdiyi məlumata görə, Ukrayna silahlı qüvvələri Rusiyanın İl-76 təyyarəsini vurmaq üçün “Patriot” zenit-raket kompleksindən istifadə edib. Lakin Qərb mənbələri təyyarədə ukraynalı hərbi əsirlərin olmasını təsdiq edə bilməyib.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.

Məlumatda Ukrayna əsgərlərinin təxminən 50 kilometr məsafədən atəş açdığı qeyd edilir. Batareya hədəfə yaxınlaşarkən qaçmağa müvəffəq olub və sonra hərbçilər “hədəfi vurmaq üçün kifayət qədər uzun müddət” radarı işə salıblar.

Digər bir Qərb rəsmisi də təyyarənin “hər hansı mexaniki nasazlıq səbəbindən deyil, raket zərbəsi nəticəsində vurulduğunu” və raketin, demək olar ki, Ukraynadan atıldığını bildirib. Agentliyin həmsöhbəti qeyd edib ki, onun ukraynalı hərbi əsirləri daşıyıb-daşımadığı hələ aydın deyil.

QAZİLER.AZ

Diaspora