Ukraynada müharibənin iki ilə yaxındır davam etdiyi və Rusiyanın uzun sürən münaqişəyə hazırlaşdığını nəzərə alaraq, Ukraynaya dəstəyi artırmağa davam etmək lazımdır.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Litvanın baş naziri İnqrida Şimonite deyib.
O qeyd edib ki, Avropa İttifaqının gələcəkdə mümkün təhlükələrə qarşı dayanıqlılığını təmin etmək də vacibdir.
"Təxminən iki illik genişmiqyaslı Rusiya müharibəsində biz Aİ ölkələri Ukraynaya özünü müdafiə etmək üçün çox şey etmişik, lakin onun qalib gəlməsinə kömək etmək üçün daha çox şey edə bilərik. Qarşımıza belə bir məqsəd qoyaraq, buna nail olmaq üçün mümkün olan hər şeyi etməliyik. çünki Avropada davamlı sülh və təhlükəsizliyi bərpa etmək üçün başqa yol yoxdur”, - Şimonite bildirib.
O vurğulayıb ki, Rusiya Ukraynada dayandırılmasa, Avropa üçün böyük problem olacaq.
"İqtisadiyyatını müharibə yoluna qoymuş Rusiya Ukraynada dayandırılmasa, bu, bizim hamımız üçün daha böyük problemə çevriləcək", - Litvanın baş naziri deyib.
QAZİLER.AZ