Alman telekanalı işğal altında olan Mariupoldan reportaj hazırlayb - XİN izahat tələb edir

Alman telekanalı işğal altında olan Mariupoldan reportaj hazırlayb -  XİN izahat tələb edir backend

Almaniyanın ZDF telekanalı Mariupolun Rusiya işğalı zamanı “fəaliyyət göstərməsi” barədə reportaj hazırlayıb. Ukrayna Xarici İşlər Nazirliyi almaniyalı jurnalistlərin bu hərəkətləri ilə bağlı izahat tələb edir.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko Tvitter-ə (X) istinadən məlumat verib.

Almaniyanın ZDF telekanalının jurnalisti, Moskva bürosuna rəhbərlik edən Armin Kerper Mariupolda reportaj hazırlayıb. O, mənzərəni təhrif edərək işğal olunmuş şəhərin həyatından danışıb.

Alman jurnalist qeyd edir ki, şəhər sakinlərinin əksəriyyəti rusiyapərəstdir və əlavə edir ki, Mariupolda ruslar yaşayır. O deyir ki, guya şəhər bərpa olunur, lakin onun rus işğalı nəticəsində dağıdıldığına işarə etmir.

Onun sözlərinə görə, “şəhər çalışır, mağazalar, restoranlar işləyir”, guya istilik, isti su, internet var.

ZDF telekanalı hesabatla bağlı materialında Kerperin mübahisəli “şəhər fəaliyyət göstərir” ifadəsini seçdiyini qeyd edir. 

QAZİLER.AZ

Diaspora