Xəzəryanı ölkələrin Universitetlərinin toplantısı sabah İranın Babil şəhərində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi ölkənin elm, araşdırmalar və texnologiyalar nazirinin beynəlxalq münasibətlər üzrə müavini Hüseyn Salar Amoliyə istinadən məlumat yayıb.
H.Salar Amoli deyib ki, toplantı Babilin Nuşirvani Texniki Universitetinin ev sahibiliyi ilə keçiriləcək: “Toplantıda Xəzəryanı ölkələrdən 15 Universitetin rektoru iştirak edəcək".Onun sözlərinə görə, İrandan toplantıya Gilan və Mazandaran əyalətindəki universitetlərin rektorları qatılacaq.
İki günlük toplantıda Xəzəryanı ölkələrin universitetləri arasında tələbə və və müəllim mübadiləsi, elmi və təhqiqati işlər sahəsində əməkdaşlıq yolları müzakirə olunacaq.