Estoniyanın SSRİ hərbi qulluqçularının qalıqlarının "yenidən basdırmaq" planlarını Moskva cavabsız qoymayacaq.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirirlib.
“Fevralın 2-də Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili J.Vanamelder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onlar Estoniya hakimiyyətinin sovet hərbçilərinin qalıqlarını qohumlarının razılığı olmadan Tallin Hərbi Qəbiristanlığında yenidən dəfn planları ilə bağlı ona kəskin etirazlarını bildiriblər”, - Rusiya XİN-in saytında yerləşdirilən məlumatda deyilir.
Departamentdən diplomata bildirilib ki, “bu cür hərəkətlər ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə və insan əxlaqına ziddir”. Xarici İşlər Nazirliyi qeyd edib ki, bu əxlaq “Tallin tərəfindən çoxdan itirilib”.
Nazirlik Estoniyanın hərəkətlərinə cavab verəcəyini vəd edib.
"Bu hərəkət cavabsız qalmayacaq", - bəyanatda deyilir.
QAZİLER.AZ