İmran Xana daha 14 il həbs əlavə edildi, xanımı da məhkum edildi

İmran Xana daha 14 il həbs əlavə edildi, xanımı da məhkum edildi backend

Pakistanın keçmiş Baş naziri İmran Xan daha 14 il həbs cəzasına məhkum edilib.

Bu barədə “Dawn” nəşri yazıb.

Bildirilib ki, o və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər.

Onların hər ikisinə 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.

Qeyd edək ki, İ.Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi yanvarın 30-da 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar dövlətə xəyanətdə ittiham olunurlar.

Azərbaycan24.com

Diaspora