Estoniyada Puşkinin əsərlərini oğurlayan gürcü həbs edildi, şəriki hələ də tapılmayıb

 Estoniyada Puşkinin əsərlərini oğurlayan gürcü həbs edildi, şəriki hələ də tapılmayıb backend

Estoniyada Tartu Universitetinin kitabxanasından qiymətli kitablar oğurlamaqda təqsirləndirilən Gürcüstan vətəndaşı Beku Tsirekidze iki il müddətinə azadlıqdan məhrum edilib və minlərlə təzminat ödəməyə məhkum edilib.

Qaziler.az bildirir ki, bu barədə Estoniya Milli Yayımları xəbər verir.

Məhkəmə Tartu Universitetinin mülki iddiasını təmin edib və Tsirekidzenin 158 min avro təzminat ödəməyi haqqında qərar verib. O, həmçinin 2,7 min avro hüquqi xərcləri də ödəməlidir.

Məhkəmə əlavə cəza olaraq Tsirekidzenin Estoniyadan çıxarılması və 5 il müddətinə ölkəyə girişinin qadağan edilməsi barədə qərar qəbul edib.

İstintaqın məlumatına görə, 2022-ci ilin aprelində Beka Tsirekidze və onun şəriki yalan məlumatlardan istifadə edərək kitabxana oxucusu kimi qeydiyyatdan keçərək oxu zalından 8 qiymətli kitabı oğurlayıblar. Onların arasında Aleksandr Puşkinin və Nikolay Qoqolun sağlığında işıq üzü görən əsərləri də olub.

Həmin şəxslər oğurlanmış nəşrləri surətləri ilə əvəz etdiklərinə görə itki yalnız sentyabrda məlum oldu.

2022-ci ilin dekabrında Tsirekidze oxşar cinayət törətdiyinə görə Riqada saxlanılıb. O, cəzasını Latviyada çəkib, sonra Estoniyaya köçüb.

Onun şəriki hələ də saxlanılmayıb.

QAZİLER.AZ

Diaspora