Bundestaqın deputatı Norbert Röttgen Almaniya kansleri Olaf Şoltsdan "Taurus" qanadlı raketlərini Ukrayna ordusuna təhvil verməsini tələb edib.
Qaziler.az bildirir ki. bu barədə fevralın 1-də Bild məlumat yayıb.
O hesab edib ki, Ukrayna ordusunun uğursuzluqları ilə bağlı yaranmış vəziyyət Qərb ölkələrinə mənfi təsir göstərəcək, ona görə də "Taurusun tez bir zamanda Ukrayna Silahlı Qüvvələrinə (USQ) verilməsi zəruridir.
Bununla belə, deputat etiraf edib ki, Şolts bu çatdırılma ilə razılaşmayacaq, çünki kansler bu raketləri göndərməmək üçün daim bəhanələr axtarır.
QAZİLER.AZ