Yeni Zelandiya Qəzza zolağının sakinlərinə 5 milyon Yeni Zelandiya dolları (təxminən 3 milyon dollar) dəyərində humanitar yardım paketi göndərəcək.
Qaziler.az bildirir ki, bu barədə fevralın 2-də ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.
O, yardımın Ümumdünya Ərzaq Proqramı ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında bərabər bölüşdürüləcəyinə aydınlıq gətirib.
"Qəzza zolağında 2,2 milyon insan aclıq astanasında olduğu üçün Ümumdünya Ərzaq Proqramının işi həmişəkindən daha vacibdir", - Portnews-dan sitat gətirib.
QAZİLER.AZ