Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanaya yerləşdirildiyi barədə ABŞ rəhbərliyinə məlumat verməməklə səhv hərəkət etdiyini etiraf edib.
Qaziler.az-ın məlumatına görə, “İnterfaks” xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
“Mən prezidentə, həmkarlarıma və Amerika ictimaiyyətinə diaqnozum barədə məlumat verməli idim. Bütün məsuliyyəti öz üzərimə götürürəm və üzr istəyirəm”, - deyə o bildirib.
Müdafiə naziri bildirib ki, o, artıq birbaşa Co Baydendən üzr istəyib. “Prezident səmimi və lütfkarlıqla cavab verdi və mənə tam etimad göstərdiyini qeyd etdi”, o əlavə edib.
QAZİLER.AZ