Litva Miqrasiya Departamenti bu gün, fevralın 1-də Belarusdan olan mayor Aleksandr Matsieviçə verilən yaşayış icazəsini ləğv edib. O, 2020-ci il mitinqlərinin yatırılmasında iştirak edib.
RBC-Ukrayna LRT-yə istinadən xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Yuxarıda adı çəkilən şəxs Litva Respublikasında yaşamaq üçün icazənin verilməsi şərtlərinə cavab vermir”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, 2020-ci ildə Lidada etirazların yatırılmasında iştirak edən Belarus polis mayoru Matsieviç Litvada yaşamaq icazəsi alıb və bu ölkədə iş tapıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu Belarus vətəndaşı ilə bağlı Dövlət Təhlükəsizlik İdarəsinə də müraciət edilib.
“Əgər bu şəxsin dövlətin təhlükəsizliyinə təhdid yaratdığı üzə çıxarsa, onun Litvaya girişinə qadağa qoyulması barədə qərar qəbul ediləcək”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ