ABŞ-ın Aydaho ştatında Boise hava limanında anqarın uçması nəticəsində 3 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə şəhər rəhbərliyi yanvarın 31-də öz saytında məlumat yayıb.
Hadisə şəxsi anqarın tikintisi zamanı baş verib. Ölən 3 nəfərdən başqa, daha 9 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır və xəstəxanaya yerləşdirilib.
Dağılma digər binalara və ya hava limanının fəaliyyətinə təsir göstərməyib.
QAZİLER.AZ