Misirdə Gizadakı üç əsas piramidadan biri olan Firon Menkaurenin piramidasının səthində qranit bloklarının bərpası layihəsi planlaşdırılır.
Qaziler.az xəbər verir ki, bu barədə “Washington Post” yazır.
Misir və Yaponiyanın birgə təşəbbüsü Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin bəyanatından məlum olub.
“Facebook”da yayımlanan videoda Qədim Əsərlər Ali Şurasının baş katibi Mostafa Vaziri eramızdan əvvəl 2490-cı ildə tikilmiş piramidanın qranit üzlüklü yeganə piramida olduğunu izah edib. Onun sözlərinə görə, indi beş-altı qat qranit blokları var, lakin əvvəlcə 16 və ya daha çox idi.
Vaziri bərpa işlərini “əsrin layihəsi” adlandırıb və bunun təxminən üç il çəkəcəyini bildirib.
Bununla belə, bu plan bütün dünyada ictimaiyyət və internet istifadəçiləri arasında bir çox suallar doğurub. Xüsusilə, Misir hakimiyyəti qədim tarixi Disneylənd etməməyə çağırıb. Həmçinin Misirin bir çox alim və arxeoloqları layihəni “tamamilə qeyri-elmi” adlandırıb.
Mütəxəssislər bildiriblər ki, layihənin davam etdirilməsi “Misirin qədimliyinə müdaxilə etmək, onların qədimliyinə və tarixinə xələl gətirməyə bərabərdir”.
QAZİLER.AZ