İtaliyanın Baş naziri Giorgia Meloni Avropa İttifaqından Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramının təsdiqi üçün kompromis əldə edilməsində əsas rol oynayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “il Giornale” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Meloni "vasitəçilikdə iştirak edən ilk şəxsdir" və bu, bütün Aİ üzvlərinin təsdiqlədiyi qərara nail olmağa kömək edib.
Nəşr Avropa İttifaqındakı mənbələrə istinadən yazır: “Georgia Meloni diplomatik işinə bir neçə ay əvvəl nazirlərin də daxil olduğu danışıqlar və görüşlərlə başlayıb və dekabrda Avropa Şurasından başlayaraq bunu intensivləşdirib”.
Materialdan belə çıxır ki, İtaliyanın baş naziri Aİ büdcəsindən Kiyevə vəsait ayrılmasına mane olan macar həmkarı Viktor Orbanla danışıqların bir neçə mərhələsini keçirib.
QAZİLER.AZ