İran Rusiyaya gedən alimlərə vizaların ləğvini təklif edib

İran Rusiyaya gedən alimlərə vizaların ləğvini təklif edib backend

İran Rusiyaya iki ölkənin alimləri üçün səyahət vizalarının ləğvini təklif edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Hadi Qudarziyə bildirib.

“Birincisi, biz alimlər, professorlar və universitet işçiləri üçün vizasız səyahətə başlaya bilərik ki, onlar Rusiya və İrana gedə bilsinlər”.

Onun sözlərinə görə, təklif artıq rusiyalı həmkarlarına göndərilib. O qeyd edib ki, İran tərəfi bu məsələni Rusiya Xarici İşlər Nazirliyi ilə müzakirə edəcək.

QAZİLER.AZ

Diaspora