İngiltərədə 285 yaşlı limon hərracda satılıb. Alıcı bunun üçün 1780 dollar ödəməli olub.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Brettells hərrac evinin əməkdaşlarının dediyinə görə, bir ailə onlara bir vaxtlar qohumlarına məxsus olan 19-cu əsrə aid bir qutu gətirib. Mütəxəssis hərraca çıxarmaq üçün nadir əşyanın şəklini çəkən zaman qutulardan birinin arxasında limon görüb.
Limonun üzərində “1739-cu il noyabrın 4-də Miss Baxsterə verildi” yazısı olub. Meyvənin də tarixi dəyərə malik olduğuna qərar verən hərrac evi onu da satışa çıxarıb.
Bir alıcının limon üçün 1780 dollar ödədiyi və hərracın qalibi elan edildiyi bildirilir. Qutu isə cəmi 40 dollara satılıb. Sitrusun yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb.
QAZİLER.AZ