Onlarla israilli Aşdod limanında Qəzza zolağına yardımın dayandırılması üçün etiraz aksiyası keçirib və humanitar yük daşıyan yük maşınlarının çıxışını bağlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, nümayişçilər HƏMAS-ın 136 girovu azad etməsi şərti ilə Fələstin anklavına yardım axınını tələb ediblər. Etirazçılar arasında ifrat sağçı Dini Sionizm blokunun Knesset üzvü Zvi Sukkot da var.
Yanvarın 31-də İsrail polisi Fələstin anklavına humanitar yardımın çatdırılmasına mane olan, insan zənciri yaratmağa çalışan 18 nəfəri saxlayıb.
QAZİLER.AZ