Yaponiyanın sığorta şirkətləri əcnəbi turistlərə tibbi sığorta təklif edəcəklər

Yaponiyanın sığorta şirkətləri əcnəbi turistlərə tibbi sığorta təklif edəcəklər backend

Yaponiyanın böyük sığorta şirkətləri bu Gündoğar ölkəyə səfər zamanı əcnəbi turistlərin yaralanması və ya xəstələnməsi ilə əlaqədar tibbi məsrəflərin ödənilməsi məqsədilə sığortaların satışını artıracaq.

Bu il sentyabrın 10-a olan məlumata görə, Yaponiyanı 13 milyon 424 min əcnəbi ziyarət edib ki, bu da ötənilki göstəricidən 11 min nəfər çoxdur.

“Tokio Marine & Nichido Fire Insurance” şirkəti yapon xəstəxanalarında bütün tibbi məsrəfləri ödəmək üçün əcnəbilərə müvəqqəti sığorta təklif etməyi planlaşdırır. Şirkət gələn ilin martında Asiyanın bir sıra ölkələrində buna başlamaq niyyətindədir.

“Sompo Japan Nipponkoa” şirkəti isə əcnəbi turistlərin 30 faizinin sığortasız olaraq Yaponiyaya gəlməsinə diqqət yetirir. Gələn ilin fevralından başlayaraq bu şirkət əcnəbilərə smartfonlardan və digər texniki vasitələrdən istifadə edərək Yaponiyada sığorta almağı təklif etməyi planlaşdırır.
Diaspora