İnternetdə İlya Maddison kimi tanınan məşhur rusiyalı bloqer İlya Davıdov rus əlifbasını bilmədiyini etiraf edib.
Qaziler.az xəbər verir ki, 35 yaşlı bloqqer teleqram kanalında rus dilinin hallarını və vurma cədvəlini də xatırlamadığını deyib.
Rəsmi olaraq bildirmək istəyirəm ki, mən öz əlifbamızı bilmirəm. Yəni, əlifbanı təqribi tanıyıram”, – deyə Davıdov yazıb.
Bloqer həmçinin etiraf edib ki, ismin halları və vurma cədvəlindən başqa, dövri cədvəli də xatırlamır. Maddisona görə, bu bilik ona heç lazım da deyil.
QAZİLER.AZ