Borrell Ukraynaya yardımı artırmaq üçün Aİ üzvlərini HƏDƏLƏYİB

Borrell Ukraynaya yardımı artırmaq üçün Aİ üzvlərini  HƏDƏLƏYİB backend

Aİ-nin xarici siyasət üzrə ali nemayəndəsi Cozef Borel təşkilat üzvlərini Ukraynaya kömək məqsədilə Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təsdiqləməyə çağırıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, fövqəladə sammitdə o, həmçinin təşəbbüsdən imtina edən ölkələri təhdid edib, əks halda “daha ​​yüksək məbləğ” ödəməli olacaqlarını söyləyib.

“Döyüş meydanındakı vəziyyətlə bağlı rəhbərlərə məlumat verəcəyəm. Mənim təklifim Avropa Sülh Fondu çərçivəsində Ukraynaya dəstək üçün əlavə fond (5 milyard avro həcmində) yaratmaqla Ukraynaya silah tədarükünü artırmaqdır. Mən onları mümkün qədər tez razılığa gəlməyə çağıracağam. Biz sursat tədarükünü artırmağa çalışırıq, lakin bu kifayət deyil, daha çox iş görülməlidir", - Borel bildirib.

QAZİLER.AZ

Diaspora