Filippin Seçki Komissiyası gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin qeydiyyatı prosesinə başlayıb.
Ölkə seçiciləri gələn ilin mayında vəzifəsini tərk edəcək Beniqno Akinonu əvəz edəcək yeni lideri seçəcəklər. Filippin Konstitusiyasına əsasən altı il hakimiyyətdə olan Prezident yenidən bu vəzifəyə seçilə bilməz.Oktyabrın 12-də müxalifət partiyasını təmsil edən vitse-prezident Cecomar Bineyin namizədliyi qeydə alınıb. Bundan sonra Prezident B.Akinonun müdafiə etdiyi və sələfi kimi baxdığı sabiq daxili işlər naziri Manuel Roxasın, həmçinin müstəqil senator Qreys Ponun da namizədliklərinin qeydiyyata alınacağı gözlənilir.