Okinava qubernatoru ABŞ hərbi bazasının inşasına dair razılaşmadan imtina edib

Okinava qubernatoru ABŞ hərbi bazasının inşasına dair razılaşmadan imtina edib backend

Yaponiyanın Okinava prefekturasının qubernatoru Takeşi Onaqa Naqo şəhəri yaxınlığındakı Henoko qəsəbəsində ABŞ hərbi-hava qüvvələrinin yeni aerodromunun inşasına icazəni rəsmi şəkildə ləğv edib.

Kyodo agentliyinin məlumatına əsasən, qubernator bu barədə xəbərdarlığı Yaponiya Müdafiə Nazirliyinin Okinavadakı şöbəsinə göndərib.

Təqribən 20 il əvvəl Yaponiya hökuməti Okinavanın mərkəzində yerləşən Qinnovan şəhərindəki ABŞ həbi bazasının bağlanması barədə qərar qəbul edib. Bazanın əvvəlcə prefektura ərazisindən çıxarılması nəzərdə tutulsa da, sonradan adada onun yerinin dəyişdirilməsi və ABŞ-ın “Kemp-Şvab” bazasının yerləşdiyi Henoko qəsəbəsində yeni aerodromun inşası qərara alınıb.

Okinava əhalisi bunun əleyhinədir və qubernator T.Onaqa da bir neçə il əvvəl özünün seçkiöncəsi kampaniyası zamanı xələfi Hirokacu Nakaima tərəfindən bəyənilmiş yeni aerodromun inşası planını dayandıracağını vəd edib. Yaponiya hökumət orqanlarının Okinava qubernatorunu bu addımından çəkindirmək cəhdləri uğursuzluqla nəticələnib.

Okinavanın Yaponiyanın ümumi ərazisinin cəmi 0,6 faizini təşkil etməsinə baxmayaraq, burada ABŞ hərbi qüvvələrinin 74 faizi yerləşir.
Diaspora