ÜST rəhbəri: "UNRWA-ya maliyyəni dayandırmaq pis nəticə verəcək"

ÜST rəhbəri: "UNRWA-ya maliyyəni dayandırmaq pis nəticə verəcək" backend

Müxtəlif ölkələrin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyəni dayandırmaq barədə qərarları Qəzza zolağının əhalisi üçün fəlakətli nəticələrə səbəb olacaq.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.

“Heç bir başqa təşkilat Qəzza zolağında 2,2 milyon insanın ehtiyac duyduğu yardımın miqyasını və genişliyini təmin etmək gücünə malik deyil. Biz ölkələri bu bəyanatlara yenidən baxmağa çağırırıq”, - o bildirib.

Diaspora