ABŞ Türkiyə ilə onun “F-35” proqramına qayıtması imkanlarını müzakirə edir

ABŞ Türkiyə ilə onun “F-35” proqramına qayıtması imkanlarını müzakirə edir backend

ABŞ Türkiyə ilə onun “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Biz F-35 proqramının Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik.

Ona görə də biz bu müzakirələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman onun F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər”, - deyə Ağ Ev rəsmisi bildirib.

Diaspora