İsrail ordusu BMT əməkdaşlarında partlayıcı maddələr aşkar edib

İsrail ordusu BMT əməkdaşlarında partlayıcı maddələr aşkar edib backend

İsrail Müdafiə Qüvvələri (IDF) Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) əməkdaşlarının çantalarında külli miqdarda silah və partlayıcı maddə aşkar edib.

Qaziler.az bildirir ki, ordunun mətbuat xidməti bu barədə Telegram-da məlumat yayıb.

Onlar həmçinin Kalaşnikov avtomatları, RPQ döyüş başlıqları, silah maqazinləri, əldəqayırma partlayıcı qurğular və əl qumbaraları tapıblar, İsrail ordusu rəsmiləri bildiriblər.

Yanvarın 29-da İsrail HƏMAS-a dəstək verməkdə ittiham olunan BMT-nin Fələstin agentliyi işçilərinin siyahısını təqdim edib.

QAZİLER.AZ

Diaspora